Kosovo parlamentində iqtidar və müxalifət deputatları arasında dava düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, hadisə Kosovo parlamentinin bu gün keçirilən plenar iclasında baş verib.
İlkin məlumatlara görə, iclas deputatlar arasında olan gizli danışıqların yayılması ilə gərgin şəkildə başlayıb.
Kosovo Demokratik Partiyasının (PDK) deputatı Mergim Luştaku Kosovo Məclisində çıxış edən baş nazir Albin Kurtiyə su atıb.
Digər deputatlar dərhal davaya müdaxilə etməyə çalışıb.
Bununla da iqtidar və müxalifət deputatları arasında ciddi mübahisə yaranıb.
Aysu Demokrat.az


