Türkiyənin Şanlıurfa ərazisində yaşayan gənc memar quduzluğa yoluxub.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, 30 yaşlı memar 1 ay əvvəl qolunu öz itinin dişləməsinə görə xəstəxanaya müraciət edib.
Tibb işçiləri onun quduzluq xəstəliyinə tutulduğunu müəyyən edib və müalicəsinə başlanılıb.
Bütün müdaxilələrə baxmayaraq, o, dünən axşam saatlarında dünyasını dəyişib və ailəsinə təhvil verilib.
Aysu Demokrat.az


