Bir neçə il əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun ofisinin qarşısına peyin tökən rəssam həbsxanada ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, rəssam Belarusun qərbindəki Qrodno şəhərindəki həbsxanada naməlum səbəbdən ölüb.
5 ildir həbsdə olan 57 yaşlı Ales Puşkinin heç bir xəstəliyinin olmadığı bildirilib.
Onun həyat yoldaşı Janina Demuç deyib ki, o, həbsxananın reanimasiya şöbəsində qeyri-müəyyən şəraitdə ölüb.
Qeyd edək ki, Belarus hakimiyyətindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Aysu Demokrat.az


