Türkiyədə 2 mərtəbəli tikiş sexi binasının yan divarı qəfildən uçub.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep vilayətində baş verib.
Binanın yaxınlığında olan 4 nəfər çökən divarın altında qalıb.
Bölgəyə polislər və həkimlər göndərilib.
Uçqun altında qalan şəxslər xilas edilib və tibb işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


