Hadisə Özəl

Vəkil 5-ci mərtəbədən yıxıldı

Vəkil 5-ci mərtəbədən yıxıldı

Türkiyədə binanın 5-ci mərtəbəsindən yıxılan vəkil dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Ədirnə vilayətində yerləşən biznes mərkəzində baş verib.

İddiaya görə, 55 yaşlı vəkil Ünal Eral 5-ci mərtəbədə pəncərəni bağlamaq istəyərkən müvazinətini itirərək beton döşəməyə yıxılıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Bütün müdaxilələrə baxmayaraq yaralı dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

D
demokrat.az