Hadisə

Şirvan sakini binadan yıxılaraq xəsarət alıb

Şirvan sakini binadan yıxılaraq xəsarət alıb

Şirvanda 25 yaşlı gənc 3-cü mərtəbədən yıxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1998-ci il təvəllüdlü Pənahov Pənah Zaur oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova