ABŞ-ın Nyu-York ştatında davam edəndə güclü yağış və daşqınlar insan ölümünə səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Nyu-York ştatında baş verən sel nəticəsində 1 nəfər ölüb.
Polis ştatın bəzi hissələrini bağlayıb. Nyu-York qubernatoru fövqəladə vəziyyət elan edib.
Nyu-Yorka təsir edən daşqın qonşu ştatları da vurub.
Vermont ştatında çoxlu nəqliyyat vasitəsi qəza nəticəsində yararsız vəziyyətə düşüb.
Magistral yolların həddindən artıq sürüşkən olması ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, daşqından zərər çəkən digər ştat isə Pensilvaniyadır.
Aysu Demokrat.az


