Gündəm

İstirahət günləri hava necə olacaq? — PROQNOZ

İstirahət günləri hava necə olacaq? — PROQNOZ

Həftəsonu Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında, mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə olunacaq. Maksimal temperatur günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Ən sərin hava şəraiti Respublikanın dağlıq ərazilərində - Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində günorta saatlarına 25-30 dərəcə isti olacaq.

NE
Nihadə Eyyubova