Qarabağ Özəl

Sülhməramlılardan növbəti həyasızlıq — Bu dəfə bayrağımızı hədəf aldılar

Sülhməramlılardan növbəti həyasızlıq — Bu dəfə bayrağımızı hədəf aldılar

Rusiya sülhməramlıları Laçında Həkəri çayı üzərində yerləşən nəzarət-buraxılış məntəqəsində Azərbaycan Bayrağı asılmış dirəyi aşırıblar.

Demokrat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələyə münasibət bildirən Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında rus hərbçilərinin bu hərəkətini növbəti qanunsuzluq kimi dəyərləndirib:

Sülhməramlılardan növbəti həyasızlıq — Bu dəfə bayrağımızı hədəf aldılar

“Ora bizim ərazidir. Bizim ərazidə bizim bayraq ucaldılmalıdır. Sülhməramlıların bu hərəkətinə nə ad vermək olar?!

Onlara sülhməramlı deməyə də dilim gəlmir. Əvvəldən onları sülhməramlı kimi qəbul etməmişəm, bu gün də etmirəm. Rusiya hərbi kontingenti əgər belə bir işə qalxışıbsa, bu, dövlətimizə qarş törədilən növbəti təxribatdır, hörmətsizlikdir, ərazi bötüvlüyümüzə təhdiddir.

Hesab edirəm ki, yenidən bayrağımızı dalğalanmalı olduğu mövqeyə sancacayıq.

Sülhməramlılardan növbəti həyasızlıq — Bu dəfə bayrağımızı hədəf aldılar

Sülhməramlıların ilk belə hərəkəti deyil ki... Dırnaqarası sülh mühafizçiləri bizim torpaqlara gəldiyi gündən erməniməramlılıqla məşğul olublar, başqa işləri olmayıb.

Üç ilə yaxındır ki, müdafiə etdikləri tarixi torpaqlarımızda kök salmış ermənilərdir. Ruslar onların himayədarları, dostları, yoldaşlarıdır. İndi də bu prosesi davam etdirirlər.

Düşünürəm ki, Azərbaycan tərəfi olaraq bu təxribata rəsmi münasibətimizi bildirəcəyik”. Qeyd edək ki, görüntülərlə bağlı hələki rəsmi açıqlama verilməyib.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az