Hadisə Özəl

Lənkəranda ər arvadını döydü

Lənkəranda ər arvadını döydü

Lənkəranda 1975-ci il təvəllüdlü Fərid ailə münaqişəsi zəminində həyat yoldaşı Günaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 9-da Lənkəran rayonnun kəndində baş verib.

Fərid kənddə yerləşən yaşadığı evdə arvadı Günay ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb.

Ər-arvad arasında mübahisənin yaranmasına səbəb isə Fəridin Günay barəsində nalayiq ifadələr işlətməsi səbəbindən yaranıb.

Aralarında yarnmış mübahisə zamanı Günayı qəsdən şillə ilə baş nahiyyəsinə zərbə vurub.

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, onların iki övladları var.

Masallı rayon Məhkəməsində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş də ifadəsində təqsirləndirilən şəxslə barışıb, ondan şikayətçi olmadığını deyib.

Bunu nəzərə alan məhkəmə Fəridin barəsində olan cinayət təqibinə xitam verib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az