Dünya Özəl

Məktəblərdə telefon, planşet və ağıllı saatlar qadağan edildi

Məktəblərdə telefon, planşet və ağıllı saatlar qadağan edildi

Niderland hökuməti ölkədəki məktəblərdə mobil telefon, planşet və ağıllı saatların istifadəsini qadağan etməyə qərar verib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin qərarı ilə, şagirdlərin diqqətini yayındıran sosial media və mesajlaşmaların istifadəsinin məhdudlaşdırılması hədəflənib.

Qadağa ilə bağlı məlumat verən təhsil naziri Robbert Dijkgraaf deyib ki, mobil telefonları həyatımızla iç-içə olsa da, bu sinif otağına aid deyil.

Aysu Demokrat.az

D
demokrat.az