Hadisə Özəl

İtin hücumuna məruz qalan qadın ağır yaralandı

İtin hücumuna məruz qalan qadın ağır yaralandı

Türkiyədə gənc qadın yaşadığı ərazidə mühafizə itinin hücumuna məruz qalıb.

Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində yerli vaxtla 18:00 radələrində baş verib.

Belə ki, gənc qadın evinə doğru gedərkən ərazidəki mühafizəçiyə məxsus olduğu bildirilən itin hücumuna məruz qalıb.

Nəticədə qadın başından və boynundan ağır yaralanıb.

Hadisə yerinə dərhal Təcili Tibbi Yardım qrupları gəlib və yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, itin sahibi polis tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az