İsveçin "Yurqorden" komandası Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının transferini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Stokholm təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
21 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Musa Qurbanlı son olaraq "Qarabağ"da çıxış edib. O, "Zirə"nin də formasını geyinib.//Report
Klar och redo 🕕 pic.twitter.com/VEAMB2l3hr
— Djurgården Fotboll (@DIF_Fotboll) July 5, 2023


