Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi vəzifəsinin daha bir il uzadılması münasibətilə təbrik edib.
Demokrat.az xəbər verir ki, Prezident bu barədə "Tvitter" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"NATO Şurasının qərarı ilə baş katib vəzifəsi daha bir il uzadılan əziz dostum Yens Stoltenberq, sizi təbrik edirəm və uğurlarınızın davamlı olmasını arzulayıram.
Çətinliklərlə üzləşdiyimiz və təhlükəsizliyə ehtiyacın həddindən artıq olduğu bir zamandayıq. İnanıram ki, cənab Stoltenberqin fəaliyyəti bizim ittifaqımıza və qlobal sülhə mühüm töhfələr verəcək".
Aysu Demokrat.az


