Yaponiyanın paytaxtı Tokioda binada baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, hadisə yerli vaxtla saat 15:15 radələrində şəhərin ən sıx məhəllələrindən biri olan Şimbaşidə baş verib.
Partlayışdan sonra binada yanğın başlayıb və əraziyə çoxlu sayda yanğınsöndürən gəlib.
Yanğın qısa müddətdə nəzarət altına alınıb.
Hadisənin baş verdiyi müəssisənin bar kimi fəaliyyət göstərdiyi açıqlanıb.
Bildirilib ki, partlayışda barın işçiləri də daxil olmaqla 4 nəfər yaralanıb.
Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


