Media Özəl

Baş redaktor: “Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə tam şəffafdır”

Baş redaktor: “Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə tam şəffafdır”

"Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə tam şəffafdır, seçim şərtlərində heç bir qərəz yoxdur. Siyahıya nəzər yetirsək, bunu aydın şəkildə görə bilərik".

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev deyib.

Baş redaktor qeyd edib ki, bu müsabiqənin nəticəsindən hamı razı qala bilməz:

"Müsabiqədə qalib gəlməyən bəzi saytların rəhbərləri ilə də danışdıq. Onlar inciməyiblər. Əksinə növbəti müsabiqəyə ciddi hazırlaşdıqlarını bildirdilər. Tənqid edəndə, mövqe bildirəndə, Agentliyin keçirdiyi müsabiqəyə münasibət sərgiləyəndə ədalət və vicdan prinsipini unutmaq olmaz. Bu elə müsabiqədir ki, nəticədən asılı olaraq hamı razı qala bilməz. İncikllik təbiidir. Amma təndiq edəndə insafla yazmaq lazımdır. Müsabiqənin nəticələrini qeyri-şəffaf adlandırmaq görülən işlərə kölgə salmaqdır. Bunun ayrı adı yoxdur. Nəticələri sərt tənqid edənlər heç olmasa siyahıda yeni adlara diqqət etsinlər. Bu saytlar az imkanlar hesabına oxunaqlı, maraqlı məhsulları ilə oxucuların görüşünə gəlməyə çalışır. Belə veb-saytlara göstərilən dəstəyi ancaq təqdir etmək lazımdır. Çünki media subyektləri üçün bu, çox əhəmiyyətli stimuldur. Xüsusi olaraq Media Agentliyinin bu sahədə həyata keçirdiyi islahatları vurğulamaq istəyirəm. Görülən işləri danmaq olmaz, o cümlədən Agentliyin dəstək layihəsini qaralamaq heç kimə başucalığı gətirmir. Bu məsələdə ikili yanaşma qeyri-etikdir, peşəkarlıqdan uzaqdır. Mən müsabiqədə qalib olmayanlara da uğurlar arzu edirəm. Gərgin əmək, peşəkarlıq, eləcə də birmənalı yanaşma olduğu təqdirdə media subyektləri yeni uğurlara imza atacaqlar.

Mən bir daha fürsətdən istifadə edib Media Agentliyinin rəhbərliyinə, bütün əməkdaşlarına, eləcə də media ekspertlərinə təşəkkür etmək istəyirəm".

Şəhanə Demokrat.az

D
demokrat.az