Hadisə

Qaxda turist dağdan yıxıldı

Qaxda turist dağdan yıxıldı

Qax rayonunda turist dağdan yıxılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun İlisu kənd ərazisində baş verib.

Belə ki, “Hamamdərə” deyilən ərazidə kişi dağdan yıxılaraq ağır xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundanOxu.Az-a bildirilib ki, hazırda polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım həkim briqadası hadisə yerindədir:

“Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür”.

NE
Nihadə Eyyubova