Hadisə

Türkiyədə avtobus qəzası: Yaralılar var

Türkiyədə avtobus qəzası: Yaralılar var

Türkiyənin Eskişehir şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 35 nəfər xəsarət alıb.

Məlumata görə, avtobus sərnişinləri Bodrumdan Eskişehirə aparırmış. Təyinat yerindən 15 km aralıda sürücü idarəetməni itirib, nəqliyyat vasitəsiyoldan çıxaraq arxa aşıb.

Tezliklə hadisə yerinə polis və tibb işçiləri gəlib. Zərərçəkənlərdən bəzilərinə yerində yardım göstərilib, bəziləri isə Eskişehirdəki xəstəxanalara aparılıblar. Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova