Hadisə

Daşkəsəndə avtomobillər toqquşub, xəsarət alanlar var

Daşkəsəndə avtomobillər toqquşub, xəsarət alanlar var

Daşkəsən rayon Bayan kəndində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, "VAZ-21015" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü N.Abbaszadə, 1995-ci il təvəllüdlü Y.Bədəlov və qardaşı, 1963-cü il təvəllüdlü K.Bədəlov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Report

D
demokrat.az