Göygöl sakini dəmir parçası ilə qonşusuna xəsarət yetirib.
APA xəbər verir ki, Göygöl şəhəri, Aydın Hacıyev küçəsindəTural Turan oğluHüseynovqonşusuAftandil Malik oğlu Qurbanovadəmir parçası ilə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Qonşular arasında mübahisəyə səbəb Aftandil Qurbanovun küçədə tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlətməsi olub.
Faktla bağlı cinayət işi başlanılıb.


