İsveçin paytaxtı Stokholmda 140 illik tarixi olan əyləncə parkında bədbəxt hadisə baş verib.
Demokrat.az xəbər verir ki, əyləncə parkında sürət qatarının relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Parkın sözçüsü Annika Troselius açıqlamasında bildirib:
“Bu, faciəvi və şokedici hadisədir və təəssüf ki, bir nəfərin öldüyünü öyrəndik”.
Polis uşaqlar da daxil olmaqla 9 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Havadan dəstək alan xilasetmə qruplarının işini asanlaşdırmaq üçün əyləncə parkı boşaldılıb.
Qeyd edək ki, park araşdırmalar yekunlaşanadək bağlı qalacaq.
Aysu Demokrat.az


