Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüş zamanı Rusiyada baş verən son hadisələr də müzakirə olunub.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyada baş verənlərin Ukraynada ədalətli sülh yolunda yeni mərhələ olmasını arzuladığını deyib.
Tərəflər arasında İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə olunub.
Aysu Demokrat.az


