Sosial

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyul 2023-cü il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

Demokrat.az DİM-ə istinadla xəbər verir ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 25 iyun saat 15:00-dan 20 iyul saat 11:00-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək.

D
demokrat.az