Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 26 iyun - 2 iyul tarixlərində BRQSD-nın inzibati binasında, həmçinin qeyd olunan tarixlərdə (28-29.06.2023 tarixləri istisna olmaqla) Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində vətəndaşlara xidmət göstərəcəklər.
Demokrat.az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İB-dən məlumat verilib.
“Əməkdaşlarımız həftə içi saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcəklər. Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər”, - rəsmi məlumatda bildirilib.



