Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rafiq Abbasovun icraatına verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun da barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rafiq Abbasovun icraatına verilib.
Hər iki cinayət işi ayrı-ayrı icraatlarda yaxın günlərdə başlanacaq.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.
Qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Fariz Məlikli Demokrat.az


