Rusiya Prezidenti Vladimir Putin ölkə ərazisində hərbi vəziyyət rejimi haqqında Sərəncam imzalayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Lenta.ru" saytı məlumat yayıb.
Qanunun tələblərin görə, hərbi vəziyyəti pozan şəxsə 30 sutka həbs cəzası veriləcək.
Qeyd edək ki, Rusiyada baş verən son hadisələrlə əlaqədar Moskva və Moskva vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Bu barədə Milli Antiterror Komitəsi (MTK) məlumat yayıb.
Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda antiterror əməliyyatı rejiminin tətbiqi ilə əlaqədar kütləvi tədbirlərin ləğv edildiyini bildirib.
Mer deyib ki, şəhərdə hərəkət o qədər də çətin deyil, Moskvanın bütün xidmətləri tam şəkildə işləyir.
Elmar Heydərli Demokrat.az


