Hadisə Özəl

Bakıda kürəkən qayınanasını döydü

Bakıda kürəkən qayınanasını döydü

Bakının Nərimanov rayonunda 1986-cı il təvəllüdlü Əli ailə münaqişəsi zəminində qayınanası Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 12-də rayonun "Azadlıq" prospektində yerləşən moda evində baş verib. Əli orada qayınanası Könül ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə ediblər.

Onların arasında mübahisəyə səbəb alment üstündə baş verib.

Bu zaman Əlində olan mobil telefonla Könülün göz nahiyəsindən bir dəfə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Astara rayonunda qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində fərdi tikilmiş evdə tək olaraq kirayə yaşayır:

“Rəsmi olaraq heç bir yerdə işləməsəm də, “8-ci kilometr” adlanan bazarda arabaçı kimi işləyirəm. Sevil mənim arvadıdır, 2011-ci ildə rəsmi olaraq onunla nikaha daxil olaraq ailə həyatı qurmuşam. Həmin nikahdan iki azyaşlı övladım var. Zərərçəkmiş Könül isə mənim qaynanamdır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Səidə ilə ilk vaxtlar münasibəti normal olsa da, son zamanla tez-tez aralarında ailədaxili mübahisələr baş verməyə başlayıb:

“Buna görə də Səidə boşanmaqla bağlı Xətai rayon məhkəməsinə ərizə ilə müraciət etdi. Qaynanam Könül Azadlıq prospekti yerləşən modalar evində dərzi kimi işləyir. Qaynanamın ailəmi dagıtmaması və müdaxilə etməməsi üçün onunla söhbət etmək qərarına gəldim.

Dekabrın 12-də, saat 15 radələrindəmoda evinə gedərək Könül ilə bu mövzuda söhbət etdim. Ondan ailəmin dagıtmamasını xahiş etdim. Bu zaman aramızda sözlə mübahisə baş verdi. Mübahisə zamanı Könül mənimlə kobud danışdığı üçün əsəbiləşərək əlimdə olan mobil telefonla bir dəfə sifət nahiyəsindən vurdum və oradan getdim. Daha sonra polis əməkdaşları mənimlə əlaqə saxlayan zaman Könülün barəmdə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət etdiyini öyrəndim”.

Nərimanon rayon Məhkəməsinin hökmü ilə Əli 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerini axşam saat 23.00-dan növbəti gün səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az