Türkiyədə 3 uşaq anası qadın qohumları tərəfindən evində ölü tapılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.
Hadisə Türkiyənin Samsun vilayətində baş verib.
Evə gələn qohumlar 41 yaşlı qadını evində qaz borusundan asılmış vəziyyətdə tapıb və dərhal polisə məlumat verilib.
Hadisə yerinə polis və həkimlər gəlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


