“Bakıda və digər bölgələrimizdə təxminən 40 mindən çox erməni yaşayır. Bunlarla Azərbaycanın hər hansı bir problemi yoxdur. Heç onların da Azərbaycanda problemi yoxdur. Onlar hər yerdə lazımi səviyyədə təmsil olunublar. Yəni, onların hüquqları Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə qorunur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.
O, bildirib ki, Qarabağdakı ermənilərin yarıdan çoxu Azərbaycan dövlətinin vətəndaşı olmaq istəyirlər:
“Bundan ötrü də əllərindən gələni də əsirgəmirlər. Təbii ki, burada Arayik, Vardanyan kimi ermənilər var ki, onları yoldan çıxartmaq istəyir. Amma, bu, baş tutmayacaq. Prezident İlham Əliyev də bəyan etdi ki, Qarabağda yaşayan ermənilər dövlətimizin qanunlarını qəbul edəndən sonra digər Azərbaycan vətəndaşları kimi bütün hüquqlara malik olacaqlar. Yəni, Azərbaycanda ermənilər də öz dillərində oxuya, təhsil ala bilərlər.
Azərbaycandakı digər etnik qruplar kimi onların da hər hansı bir problemi olmayacaq. Azərbaycan dövləti bir multukural dövlətdir və bütün dünya da bilir ki, Azərbaycanda tolerantlıq çox yüksək səviyyədədir. Ona görə də ermənilər narahat olmasın və Azərbaycan qanunlarını qəbul etsinlər. Onlar “Dağlıq Qarabağı”ın statusu kimi məsələləri tamamilə yaddan çıxartmalıdırlar. O zaman ermənilərin heç bir problemi olmayacaq”.
Şəhanə Demokrat.az


