Hadisə

Kiyevdə partlayış: Ölənlər var

Kiyevdə partlayış: Ölənlər var

Kiyevdə 16 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko özünün "Telegram" kanalında məlumat verib.

“Paytaxtın Dneprovski rayonunda baş verən partlayış nəticəsində 16 mərtəbəli bina yanır. Hazırda iki nəfər xəstəxanadadır”, - deyə o yazıb.

Kliçko bildirib ki, evdə dağıntılar var, xilasedicilər artıq 18 nəfəri təxliyə ediblər.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti hadisənin qaz sızmasından baş verdiyini bildirib.

Hadisə nəticəsində 4 mənzil dağılıb, daha 16 mənzilə ziyan dəyib.—

D
demokrat.az