Dünya Özəl

Bayden Çin liderini “diktator” adlandırdı

Bayden Çin liderini “diktator” adlandırdı

ABŞ Prezidenti Co Bayden Çin Xalq Respublikasının sədri Si Tsinpinin ünvanına sərt ifadələr səsləndirib.

Demokrat.az xəbər verir ki, Bayden çinli həmkarını “diktator” adlandırıb.

Co Baydenin bu fikirləri ABŞ-ın dövlət katibi Entoni Blinkenin Pekinə səfərindən sonra səsləndirməsi diqqət çəkib.

Bayden Si Tsinpinin fevral ayında ABŞ hava məkanına daxil olan Çin "casus şarı"nın vurulmasına reaksiyasına da toxunub:

"Mən ciddiyəm. Diktatorların nə baş verdiyindən məlumatı olmaması və məsələni anlamaması çox böyük ayıbdır".

Aysu Demokrat.az

D
demokrat.az