Kanadada Ottava çayı yaxınlığında hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər itkin düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində helikopterdə olan 4 nəfərdən 2-nin itkin düşdüyü bildirilib.
Kanada Silahlı Qüvvələrinin 50 əməkdaşı ərazidə axtarış işlərinə başlayıb.
Kanadanın baş naziri Castin Truda isə öz sosial media hesabında axtarış-xilasetmə işlərinin davam etdiyini və itkin düşənlərin tez bir zamanda tapılmasını arzuladığını bildirib.
Aysu Demokrat.az


