Region

Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə4.7 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl gün ərzində Türkiyədə və sahillərində gücü 4 baldan çox olan 6 zəlzələ baş verib.

NE
Nihadə Eyyubova