SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Gədəbəy rayonunun sakinləri üçün təşkil olunub.
Aksiyaya qatılan 12 sakindən 3-ü Pərizamanlı, Ərtəpə və Soyuqbulaq kəndinin qazlaşdırılmasını istəyib.
Qalan digər 9 müraciətə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və Qoşabulaq kəndinin genişlənmiş ərazisinin qazlaşdırılmasından ibarət olub. Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı ətraflı məlumat verdikdən sonra problem və təkliflərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildiriblər. 




