“2023-cü ilin yanvar-may ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 720 030 abonent 12 qəpik tarifdən istifadə edib”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, 705 012 abonent 20 qəpik tarifindən istifadə edib:
"75 001 abonent isə 25 qəpik tarifilə qazdan istifadə edib".
Aysu Demokrat.az


