Dünya Özəl

“Oskar” alan aktrisa vəfat etdi

“Oskar” alan aktrisa vəfat etdi

Britaniya kinosunun kult filmlərindəki rolu ilə tanınan məşhur aktrisa və keçmiş deputat Qlenda Cekson 87 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat dünya mediasında yer alıb.

Bildirilib ki, “Oskar” mükafatı almış məşhur aktrisa uzun sürən xəstəlikdən sonra ailəsi ilə yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, məşhur aktrisa ən son İrene Jordan rolunu oynadığı "The Great Escaper" filminin çəkilişlərini başa çatdırıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova