Dünya Özəl

Saçını qırxan "Twitch" oyunçusu şok yaşadı

Saçını qırxan Twitch oyunçusu şok yaşadı

Canlı yayım zamanı xeyriyyə məqsədilə saçını qırxan "Twitch" oyunçusu qulaqcıqlarını taxdığı zaman həyəcanlı anlar yaşayıb.

Demokrat.az xəbər verir ki, "Twitch" istifadəçisi Strimer Kurtoss buna səbəb olaraq hər gün saatlarla qulaqcıq taxdığını deyib.

Qulaqcığın kəllə sümüyündə yaratdığı çöküntülər izləyiciləri heyrətə salıb.

Kurtossun videosundan sonra bir çox oyunçu internetdə buna bənzər görüntülər paylaşmağa başlayıb.

Kurtossun videosu “Twitter”də 42 milyondan çox baxış və minlərlə şərh toplayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova