Gündəm Özəl

Elmar Məmmədyarov: “Zəngəzur dəhlizi tezliklə işə düşəcək”

Elmar Məmmədyarov: “Zəngəzur dəhlizi tezliklə işə düşəcək”

"Zəngəzur dəhlizinin açılması reallıqdır və inanıram ki, bu yol tezliklə işə düşəcək".

Bu fikirləri Demokrat.az-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Elmar Məmmədyarov bildirib ki, əvvəlcə dağıdılan 42-43 km-lik ərazidə dəmiryolları bərpa ediləcək:

“Hamı bilir ki, Ermənistanın dəmiryolları tam şəkildə Rusiyanın idarəçiliyindədir. Həmin ərazidə dəmiryolunun tikintisini yəqin Ermənistanla Rusiya öz aralarında müəyyən edib, razılığa gələcək.

Zəngəzur dəhlizinin açılması Rusiya üçün nə dərəcədə vacibdirsə, Ermənistan üçün də əhəmiyyəti o qədərdir. Ona görə də yolun bərpa edilməsinə birgə səy göstərəcəklər. Çox güman ki İran hökuməti də bu dəhlizin açılmasını istəyir. Ancaq bu dəhliz İran ərazisindən keçməlidir. Bu iqtisadi baxımdan İran üçün vacibdr.

Hesab edirəm ki, İran bu səbəbə görə narazılıq etməkdədir".

Nəzrin Demokrat.az

D
demokrat.az