Hadisə

Astara sakini arvadına 5 bıçaq zərbəsi endirdi

Astara sakini arvadına 5 bıçaq zərbəsi endirdi

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un verdiyi xəbərə görə, hadisə Kolatan kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Quliyev Ramin Cəfər oğlu ailə-məişət zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü Quliyeva Elazə Şirməmməd qızını döş qəfəsinə beş dəfə bıçaq zərbəsi endirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Quliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az