Hadisə

Dalğıclar Gəncəçayda batan 2 nəfərin meyitini tapıb

Dalğıclar Gəncəçayda batan 2 nəfərin meyitini tapıb

Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-averilən məlumata görə, A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

D
demokrat.az