Bakının Sabunçu rayonunda "Mercedes" markalı, 90-BH-541 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ağaca çırpılaraq aşıb.
Demokrat.az-ın hadisə yerində olan əməkdaşıxəbər verir ki, xoşagəlməz olayın yaranmasına səbəb yüksək sürət olub.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb.




