Türkiyənin Antalya şəhərində 3.5 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 19:23-də qeydə alınıb.
Eyni zamanda zəlzələnin yerin 53 km dərinliyində hiss edildiyi bildirilib.
Zəlzələ nəticəsində heç bir itki və dağıntı olmayıb.
Aysu Demokrat.az


