Hadisə Özəl

Sərnişin avtobusu baryerə çırpıldı

Sərnişin avtobusu baryerə çırpıldı

Türkiyədə sərnişin avtobusu baryerə çırpılıb. Nəticədə 1 nəfər dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Manisa vilayətində baş verib.

Avtobusun baryerə çırpılması nəticəsində sürücünün köməkçisi dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Sərnişinlər təxliyə edilərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova