Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında Bakıya səfəri ilə bağlı paylaşım edib.
Demokrat.az xəbər verir ki, Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə İçərişəhəri gəzib.
"Dostum, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. YUNESKO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır", - deyə Türkiyə liderinin xanımı yazıb.
Azerbaycan Devlet Başkanı’nın eşi, dostum Mehriban Aliyeva ile Bakü’nün tarihi çekirdeği İçerişehir’i ziyaret ettik.
— Emine Erdoğan (@EmineErdogan) June 13, 2023
En eski yerleşim yeri olarak UNESCO tarafından koruma altına alınan bu müstesna bölge, pek çok farklı kültürün izlerini taşıyor.
TİKA’nın desteğiyle faaliyete… pic.twitter.com/RkWzwnLExz


