Sosial

Samux rayon sakinlərinin qaz təchizatında üzləşdiyi problemlər "Açıq mikrofon"da — FOTOLAR

Samux rayon sakinlərinin qaz təchizatında üzləşdiyi problemlər Açıq mikrofonda — FOTOLAR

SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Samux rayonunda təşkil olunub. Aksiyaya qatılan 10-a yaxın sakindən 7-si müraciətini ünvanlayıb.

Mikrofon önünə keçən Əliyar Muradov Hacıalılı kəndinin genişlənmiş hissəsində salınan 80-ə yaxın fərdi yaşayış evinin sakinləri adından çıxış edərək qeyd edilən əraziyə qaz xəttinin çəkilməsini xahiş edib. Abonentlərin etdiyi müraciətlər isə qapı keçidinin quraşdırılması və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub. Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən ünvanlanan müraciətlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün tapşırıqlar verilib.

Samux rayon sakinlərinin qaz təchizatında üzləşdiyi problemlər Açıq mikrofonda — FOTOLAR
Samux rayon sakinlərinin qaz təchizatında üzləşdiyi problemlər Açıq mikrofonda — FOTOLAR
Samux rayon sakinlərinin qaz təchizatında üzləşdiyi problemlər Açıq mikrofonda — FOTOLAR

NE
Nihadə Eyyubova