Ukrayna ordusunun hərbi birləşmələri uğurlu əks-hücum əməliyyatları zamanı Donetsk vilayətinin Neskuçne kəndini və Blaqodatnını Rusiya hərbçilərindən azad ediblər.
Bubarədə 7-ci əlahiddə AREY UDA batalyonu feysbukda xəbər yayıb.
Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin 129-cu briqadasının Könüllülər Ordusunun “AREY” 7-ci əlahiddə batalyonu mayor Aleksandr Qrişukun komandanlığı ilə Volnovaksk rayonunun Velikonovoselkovska qəsəbə icmasının Neskuçne kəndini azad edib”, - məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Blaqodatnının Rusiya hərbçilərindən azad edildiyini rəsmən təsdiqləyib.


