Qazaxıstanın Abay vilayətində meşədə başlayan yanğında 3 meşə işçisi həyatını itirib, 30 min hektar sahə külə dönüb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanın Abay rayonundakı Semey meşə massivində baş verən yanğının söndürülməsi işləri davam edir.
Məsələ ilə əlaqədar rayona yanğınsöndürən maşınlar və helikopterlər göndərilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, indiyədək 30 min hektar ərazi yanıb, 3 nəfər dünyasını dəyişib.
Yanğınlarla əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edilib.
Aysu Demokrat.az


