Türkmənistanda siqaretlər də daxil olmaqla, qeyri-qanuni tütün məmulatlarının idxalı və satışı qadağan ediləcək.
Demokrat.az xəbər verir ki, bu barədə Türkmənistan Pezidenti Serdar Berdiməhəmmədov açıqlama yayıb.
O bildirib ki, iki il ərzində ölkəni tütündən təmizləməyi planlaşdırır:
"Siqaretə qarşı "güzəştsiz" mübarizə çərçivəsində qəlyan və elektron siqaretlər də daxil olmaqla, qeyri-qanuni tütün məmulatlarının idxalı və satışının qadağan ediləcək.
Dövlətimiz dünyada tütündən azad ölkələrin sayını artırmaq üçün misli görünməmiş tütün əleyhinə hərəkata başlayacaq. 2025-ci ilə qədər ölkə tütündən azad ediləcək".
Aysu Demokrat.az


