Hadisə Özəl

17 yaşlı gənc göldə boğuldu

17 yaşlı gənc göldə boğuldu

Türkiyədə 17 yaşlı gənc dostları ilə üzmək üçün getdiyi göldə boğularaq dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Sakarya vilayətində baş verib.

Gənclər yerli vaxtla saat 16:00 radələrində gölə üzməyə gedib, lakin 17 yaşlı oğlan anidən suda yoxa çıxıb.

Hadisə yerinə dərhal polis və xilasetmə qrupları gəlib.

Axtarışlar nəticəsində suda boğulan gəncin meyiti aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova