Sosial

Müəllim və şagirdlər Şirvan Milli Parkında olublar — FOTOLAR

Ceyranlar oylağı olan, Şirvan düzünün gözəlliklərini özündə birləşdirən Şirvan Milli Parkı ərazisinə Salyan rayon Yenikənd kənd tam orta məktəbinin ibtidai sinif şagirdləri və müəllim heyətinin səfəri təşkil olunub.

Şagirdlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, milli parkın zəngin biomüxtəlifliyi barədə məlumatlar verilib.

Eyni zamanda, milli parkda məktəblilər üçün ceyranları müşahidə məqsədilə safari tur və veloyürüş təşkil edilib.

Müəllim və şagirdlər Şirvan Milli Parkında olublar — FOTOLAR
Müəllim və şagirdlər Şirvan Milli Parkında olublar — FOTOLAR
Müəllim və şagirdlər Şirvan Milli Parkında olublar — FOTOLAR
Müəllim və şagirdlər Şirvan Milli Parkında olublar — FOTOLAR

NE
Nihadə Eyyubova